Bakıda şirkət əməkdaşları qəzaya düşdülər

Bakıda şirkət əməkdaşları qəzaya düşdülər

Bakıda şirkət əməkdaşları qəzaya düşdülər

Bakıda "Gəncə Dəyirman" şirkətinin əməkdaşları qəzaya düşüblər. Сars-az report-a istinadən bildirir ki, hadisə Binəqədi qəsəbəsində baş verib.

Nahid Məmmədovun idarə etdiyi "VAZ- 2107" markalı avtomobil idarəetməni itirərək qarşıdan gələn Zakir Şirinovun idarə etdiyi "Gəncə Dəyirman" şirkətinə məxsus "Nissan" markalı avtomobillə toqquşub.

N.Məmmədov 3 sayıl Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. "Nissan" markalı avtomobilin sərnişinləri İsmayıl Şahlarov və Mirzəabbas Bəşirov Kliniki Tibbi Mərkəzdə tibbi yardım alaraq evə buraxılıblar.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsində (PB) araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top