27.01.2016
Qəzalar
Hacıqabulda mikroavtobus aşdı: 12 yaralı
Bakı-Qazax magistralında mikroavtobus aşıb. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında magistralın 155-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. İlkin məlumatlarda 12 nəfərin xəsarət aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.