27.01.2016
Qəzalar
Yük maşını zəvvarları vurdu
Meksikada Selaya - Keretaro trassında baş verən ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Сars-az xəbər verir ki, yük avtomobili zəvvarlar qrupunu vurub. Zəvvarlar Mexiko ştatından San Xuan de los Laqosa gedirdilər.
Hüquq-mühafizə orqanları faciənin səbəblərini araşdırmağa başlayıblar.