Xaçmazda minik avtomobilləri toqquşdu: 1 yaralı

Xaçmazda minik avtomobilləri toqquşdu: 1 yaralı

Xaçmazda minik avtomobilləri toqquşdu: 1 yaralı

Gəndov-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Сars-az xəbər verir ki, “Hundai” və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. “Mitsubishi”-nin sürücüsü 1979-cu il təvəllüdlü Məmmədxanov Asif Məhəmmədrəsul oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top