26.01.2016
Qəzalar
Bakı-Sumqayıt yolunda ağır yol qəzası, yaralılar var
Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Сars-az-ın criminal.az-a istinadən verdiyi məlumata görə, minik maşını yüksək sürətlə hərəkət edərək beton dirəyə çırpılıb. Qəza zamanı avtomobildə olan üç nəfər yaralanıb. Yaralılardan ikisi maşından çıxarılsa da, sürücünü sıxılmış vəziyətdə qalıb. Hadisə yerinə çağırılmış xilasedicilərin köməkliyi ilə sürücü maşından çıxarılıb.
Xatırladaq ki, həmin ərazidə yol qəzası bir neçə dəfə baş verib. Maşınlar gələrək həmin beton dirəyə çırpılır.