27.01.2016
Qəzalar
Göygöldə iki avtomobil toqquşdu, xəsarət alan var
Gəncə-Göygöl avtomobil yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Сars-az apa-ya istinadən bildirir ki, hadisə bu gün saat 13 radələrində qeydə alınıb. İki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.