Maşında sıxışıb qalan sürücü belə xilas edildi + FOTO

Maşında sıxışıb qalan sürücü belə xilas edildi  + FOTO

Maşında sıxışıb qalan sürücü belə xilas edildi + FOTO

Şirvan şəhərində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Сars-az regiontv-yə istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində qeydə alınan hadisə zamanı Şirvan sakini Rəşad Həsənov idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən Maarif Cəfərovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan "Opel"in sürücüsü avtomobildə sıxılaraq qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedicilər cəlb olunub. Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə sürücünü avtomobildən çıxarıblar. Yaralı dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.

http://img.milli.az/2016/01/27/401898_01.jpg

Dostlarınla paylaş


Şərhlər


Top