Lənkəranda piyada vuruldu və öldü - YENİLƏNİB

Lənkəranda piyada vuruldu və öldü - YENİLƏNİB

Lənkəranda piyada vuruldu və öldü - YENİLƏNİB

Lənkəranda piyadanın vurulması ilə nəticələnən avtoqəza baş verib. Hadisə Lənkəran-Şahağac yolunun Siyavar kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini Rəfael Qurbanov idarə etdiyi “Mercedes” markalı maşınla hərəkətdə olarkən yoldan keçən piyadanı-rayonun Mamusta kənd sakini Arzuman Rzayevi vurub. Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı sürücü tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hal-hazırda reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin yüksək sürət və ya piyada diqqətsizliyi ucbatından baş verməsi aparılan araşdırmalar nəticəsində bəlli olacaq.

***

Lənkəranda “Mercedes” markalı maşınla vurulan 1973-cü il təvəllüdlü Arzuman Rzayev xəstəxanada keçinib. Bu barədə xəstəxanadan məlumat veilib. Bildirilib ki, Arzuman Rzayevin həyatını xilas etmək mümkün olmayıb və o, bir neçə saat bindan əvvəl dünyasını dəyişib.

anspress

Dostlarınla paylaş


Şərhlər


Top