23.11.2015
Qəzalar
Helikopter qəzaya uğrayıb: 7 nəfər ölüb
Cammu və Kəşmirdə Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Cars-az xəbər verir ki, bu haqda xarici mətbuata məlumat verilib.
Məlumata görə, helikopterdə 7 nəfər olub və qəza nəticəsində onların hamısı ölüb. Hadisə Cammu və Kəşmir bölgəsinin Katra şəhərində olub. Məlumata əsasən, sərnişinlər Katradakı Vayşno-devi məbədini ziyarətdən qayıdırmışlar. Qeyd edək ki, bu ilin mayında həmin rayonda avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər ölüb.