23.11.2015
Qəzalar
Helikopter qəzası: Bank direktoru öldü
Amerika Birləşmiş Ştatlarında (ABŞ) iki nəfərin ölümü ilə nəticələnən dəhşətli helikopter qəzası baş verib. Cars-az anspress-ə istinadən xəbər verir ki, hadisə Amerikanın SanDieqo şəhərindəki “McClellan-Palomar” hava limanında baş verib. Helikopter qəfildən pilotun nəzarətindən çıxaraq öz ətrafında fırlanmağa başlayıb.
Qəza zamanı helikopterdə olan “Montana American” bankı direktorlar şurasının sədri Bryus Erikson və pilot dünyasını dəyişib. Faktla bağlı istintaq başladılıb və qəzanın səbəblərinin öyrənilməsi istiqamətində araşdırmalar davam edir. Qəza anı hava limanında olan bir nəfər tərəfindən həvəskar kamera ilə qeydə alınıb.