23.11.2015
Qəzalar
Qazaxda “VAZ” yandı
Qazax rayonunun Ürkməzli kəndində yanğın hadisəsi baş verib. Cars-az xəbər verir ki, nəticədə vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cavid