23.11.2015
Qəzalar
Bakı metrosunda problem: Qatar tuneldə qaldı
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb. Cars-az oxu.az-a istinadən xəbər verir ki, “Həzi Aslanov”-“Dərnəgül” xətti ilə hərəkət edən qatarın hərəkətində problem olub. Qatar yarım saatdan çox “Koroğlu” stansiyasında tuneldə qalıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, “Həzi Aslanov”-“Dərnəgül” xətti ilə hərəkət edən 42 saylı marşrutda “Nəriman Nərimanov” stansiyasında problem olub. Bu səbəbdən ondan sonra hərəkət edən qatarların hərəkətində gecikmə olub. Onun sözlərinə görə, hazırda problem aradan qaldırılıb. Qatarların hərəkətində heç bir problem yoxdur.