23.11.2015
Qəzalar
Şəmkirdə ağır yol qəzası: 1 ölü, 2 yaralı
Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az ttv-yə istinadən xəbər verir ki, “kamaz” markalı maşınla “VAZ-21011”in toqquşması nəticəsində “Vaz”ın sərnişini Düyərli kənd sakini, 56 yaşlı Rafiq Nağıyev hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı, 43 yaşlı Sevinc Nağıyeva və həmkəndlisi, 48 yaşlı İxtiyar Cəlilov isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.