23.11.2015
Qəzalar
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Bakıda sərnişin avtobusu piyadanı vurub. Cars-az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov rayonu Atatürk prospektində Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Nurəddin Süleymanov idarə etdiyi “Daewoo” markalı 211 saylı xətt avtobusu ilə Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Həmayil Nəbiyevanı vurub. Nəticədə, H.Nəbiyeva aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.