Zaqatalada ağır qəza: 1 ölü, 1 yaralı

Zaqatalada ağır qəza: 1 ölü, 1 yaralı

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Danaçı kəndində qeydə alınıb. Rayon sakini İlham Qaralov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə onun sərnişinləri, həmkəndliləri Pirdaz Meselova və Rəsmiyə Qaralova xəstəxanaya yerləşdirilib. Rəsmiyyə Qaralovaya tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top