04.11.2015
Qəzalar
Göyçayda maşın 32 yaşlı piyadanı vurub öldürdü
Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə 00-30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. Göyçayın Ləkçiplaq kənd sakini, 1940-ci il təvəllüdlü Vidadi Mustafayev idarə etdiyi 99 GZ 680 dövlət nömrə nişanlı «Wolkswagen Passat» markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçay rayonunun Mırtı kəndi sakini, 1983-cü il təvəllüdlü Nuriyev Sahib Həmzə oğlunu vurub. S.Nuriyev aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.