«Hyundai»la «KİA» toqquşdu; «07» də onları «qucaqladı»

«Hyundai»la «KİA» toqquşdu; «07» də onları «qucaqladı»

«Hyundai»la «KİA» toqquşdu; «07» də onları «qucaqladı»

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Cars-az-ın APA-ya istinadən məlumatına görə, prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsindən üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan "Hyundai" markalı avtomobilə arxadan "KİA" markalı maşın çırpılıb. Arxadan yüksək sürətlə gələn «VAZ-2107» markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb. Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top