04.11.2015
Qəzalar
Bakıda polis qəzaya düşdü
Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Zabrat şosesində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fərid Nuriyevin idarə etdiyi “Nissan Sanny” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi 10 saylı Rayonlararası Təmir Tikinti İdarəsinə məxsus “MAZ” markalı yük avtomobili toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Xətai rayon Mühafizə İdarəsinin polis serjantı, 1986-cı il təvəllüdlü Samir Səfərov xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.