Qərargah rəisi qəzaya düşdü

Qərargah rəisi qəzaya düşdü

Ermənistanın Tavuş rayonunda, Baqanis – İcevan şosesində yol nəqliyyat hadisəsi baş verib. Cars-az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 29 yaşlı Karen Ayrapetyanın idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında olan qum təpəciyinə çırpılıb. Hadisə yerinə gələn xilasedicilər müxtəlif dərəcəli xəsarətlər alan zərərçəkəni Noemberyan rayon xəstəxanasına çatdırıblar. Məlumata əsasən, Karen Ayrapetyan Müdafiə Nazirliyində hərbi hissələrdən birində qərargah rəisi işləyir.

Dostlarınla paylaş


Şərhlər


Top