04.11.2015
Qəzalar
Şirvanda qəzada 3 qadın yaralandı
Şirvanda baş verən avtoqəzada 3 qadın xəsarət alıb. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə 22.00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində baş verib. “Merсedes” markalı avtomobillə “Honda” markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər -Hacıqabul şəhər sakinləri, 1951-ci il təvəllüdlü Rzayeva Maral İsabala qızı, 1978-ci il təvəllüdlü Rzayeva Vüsalə Ələddin qızı və 1956-cı il təvəllüdlü İsrafilova Qızbəst Ayaz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Faktla bağlı Şirvan polis şöbəsində tədqiqat aparılır.