04.11.2015
Qəzalar
Bir gündə yol qəzalarında 5 nəfər ölüb, 7 nəfər yaralanıb
Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb. Hər bir faktla bağlı araşdırma aparılır.