04.11.2015
Qəzalar
Paytaxtda piyadanı maşın vurdu
Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yolu keçmək istəyən piyada 31 yaşlı Tural İmanovu "VAZ-21015" markalı avtomobil vurub. Avtomobilin sürücüsü piyadanı özü xəstəxanaya gətirib. "VAZ-21015" markalı avtomobilin sürücü izahatının alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir.