04.11.2015
Qəzalar
Qubada qəza: 2 nəfər yaralandı
Bu gün günorta saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cars-az RTV-yə istinadən xəbər verir ki, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb. Quba rayon sakini Yusif Nöhbalayevin idarə etdiyi "Nissan" markalı avtomaşınla "VAZ 21 015" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində "VAZ 21 015"-də olan iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.