04.11.2015
Qəzalar
“VAZ” qəzadan sonra yandı
Gədəbəy rayonunda qəza hadisəsi qeydə alınıb. Cars-az FHN-ə istinadən xəbər verir ki, Arqdam kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol qəza hadisəsi törədib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cavid