16.03.2016
Qəzalar
Gəncədə yol qəzası baş verib, 1 nəfər yaralanıb
Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. Yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, yaralanan 31 yaşlı Hasil Mədətov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona sol körpücük sümüyünün sınığı və təpə nahiyəsinin sıyrığı diaqnozu qoyulub.
Yaralı xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.