Elektrovozun vuraraq öldürdüyü şəxsin kimliyi bəlli olub

Elektrovozun vuraraq öldürdüyü şəxsin kimliyi bəlli olub

Elektrovozun vuraraq öldürdüyü şəxsin kimliyi bəlli olub

Yevlaxda elektrovozun vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla vurulmuş kişinin Şəmkir rayon sakini Rəhman Bayramov olduğu müəyyən edilib.

Qeyd edək ki, oktyabrın 16-da elektrovoz bir nəfəri vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Dostlarınla paylaş


Şərhlər


Top