13.12.2015
Qəzalar
Bakıda qaraj içindəki avtomobillə birgə yandı
Bakı şəhəri, Yasamal rayonunda yanğın baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m dəmir qarajın içərisində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri və 2 kv.m sahədə məişət tullantıları yanıb. Yüksək temperaturdan qaraj deformasiyaya uğrayıb. Yaxınlıqdakı qarajlar yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan