12.12.2015
Qəzalar
Göyçayda 11 yaşlı məktəblini avtomobil vurdu
Göyçayda velosipedlə yolu keçən uşağı avtomobil vurub. Cars-az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Mırtı kəndində qeydə alınıb. Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan P. Əzizov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, P.Əzizov Mırtı kənd orta məktəbinin V sinif şagirdidir.