12.12.2015
Qəzalar
"Jeep"lə "07" toqquşdu - Sürücü qaçdı
Bu gecə saat 00:30-da radələrində, Gəncə şəhərin Zülfü Hacıyev küçəsində yol qəza hadisəsi baş verib. Cars-az Region TV-yə istinadən xəbər verir ki, “Jeep” markalı avtomobillə “VAZ 21 07”nin toqquşması nəticəsində "VAZ"-da olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Digər nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan sonra avtomobili və yaralıları hadisə yerində qoyaraq qaçıb. Hazırda sürücünün kimliyi müəyyənlişdirilir.