12.12.2015
Qəzalar
Avtomobil təmiri sexində YANĞIN
Gəncədə avtomobil təmiri sexində yanğın baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda “KamAZ” markalı yük avtomobilinin kabinası, mühərrikinin yanar hissələri və yaxınlıqda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexinin içərisində 7 kv.m sahəyə yığılmış təmir ləvazimatları yanıb. Avtomobilin, təmir sexinin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan