“07” aşdı - Sürücü yaralandı

“07” aşdı - Sürücü yaralandı

Bu gün səhər saat 7:10 radələrində İmişli-Beyləqan avtomobil yolunun Bəhramtəpə platinası ərazisində yol qəzası baş verib. Cars-az report-a istinadən xəbər verir ki, nəticədə bir nəfər yaralanıb. Belə ki, Cəbrayıl rayon sakini, 22 yaşlı Yasin Şəmkir oğlu Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Yasin Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top