Bakı-Qazax yolunda qəza - Yaralı var

Bakı-Qazax yolunda qəza - Yaralı var

Şamaxı rayonunda qəza hadisəsi qeydə alınıb. Cars-az FHN-ə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top