10.11.2015
Qəzalar
Aeroport yolunda mikroavtobus aşdı
Aeroport yolunda mikroavtobus aşıb. Cars-az criminal.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində "Komsomol" dairəsi yaxınlığında baş verib. İçərisi çörəklə dolu olan mikroavtobus yüksək sürətlə hərəkət edən zaman çevrilib. Maşının sürücüsü hadisə şahidlərinin köməkliyi ilə çıxarılıb. Sürücünün bildirdiyinə görə, maşının arxa təkəri qəflətən partlayıb və sükanı əlində saxlaya bilməyib. Maşın bir neçə metr sürüşdükdən sonra çevrilib. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Avtomobil cərimə meydançasına aparılıb. Qəzanın səbəbi araşdırılır.