04.11.2015
Qəzalar
7 avtomobilin kül olduğu qəza , FOTO
Ermənistanda İran vətəndaşına məxsus yük avtomobili qəza törədib. Hadisə Ararat rayonunun Yeraski kəndində qeydə alınıb. Cars-az anspress-ə istinadən xəbər verir ki, yük avtomobilinin 7 minik maşına çırpılması nəticəsində partlayış baş verib. Toqquşmadan sonra yanğın başlayıb və maşınlardan bir neçəsi yanaraq kül olub. Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların vəziyyəti ağır olduğundan İrəvandakı xəstəxanalardan birinə gətiriliblər. Qəzanı törədən İran vətəndaşının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.