04.11.2015
Qəzalar
Ağcabədidə yol qəzası: sürücü öldü
Ağcabədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.
Məlumata görə, rayon sakini Elbəy Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürürcü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.