Maşının şüşəsi uşağı boğdu

Maşının şüşəsi uşağı boğdu

Rusiyanın Stavropol diyarının Budyonnovsk rayonunda, Tomuzlav kəndində 6 yaşlı oğlan ölüb. Maşının avtomatik bağlanan qapı şüşəsi onu boğub.

Cars-az tass-a istinadən bildirir ki, Stavropol diyar prokurorluğundan verilən məlumata görə, uşaq atasının evin qarşısında saxladığı maşınına oturub. Sürücü yerində oturmuş uşaq başını qapı pəncərəsindən çıxarıb və təsadüfən şüşələrin avtomatik bağlanması düyməsinə basıb. Nəticədə şüşə uşağı boğub. Tibb ekspertinin dediyinə görə, uşağın ölüm səbəbi mexaniki asfiksiyadır.

Dostlarınla paylaş


Şərhlər


Top