21 yaşlı qızı "KAMAZ" vurdu

21 yaşlı qızı "KAMAZ" vurdu

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Cars-az xəbər verir ki, Göygöl rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Astara rayon Səncərli kənd sakini 1994-cü il təvəllüdlü Aytac Sirac qızı Abdullayeva yolu keçərkən Göygöl rayon sakini Binəli adlı şəxsin idarə etdiyi 25- BS- 528 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük avtomobili tərəfindən vurulub.

Xəstəni dərhal Gəncə şəhər Təcili Yardım Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, qapalı kəllə-beyin travması alan və dalağı parçalanan Aytac Abdullayevanınüzərində hazırda cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top