04.11.2015
Qəzalar
Bakının mərkəzində dəhşətli qəza: ölən var
Bakının mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, Xətai rayonu Xocalı prospektində motosiklet "Fun" markalı yük avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü olan 24 yaşlı oğlan hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.