Göyçayda avtomobil qəzası: 1 ölü

Göyçayda avtomobil qəzası: 1 ölü

Göyçay rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 10-da gecə saat 01 radələrində Göyçayda müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Əhmədova vurulub.

Nəticədə müxtəlif xəsarətlər alan V.Əhmədova hadisə yerində həlak olub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top