04.11.2015
Qəzalar
Sürücü sükan arxasında yuxuladı; 8 şagird öldü
Tailandın cənubunda bir qrup məktəblini daşıyan kiçik yük maşını idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Naratxivat əyalətində baş vermiş qəzanın səbəbkarı sürücünün özü olub. Məlumata görə, sürücü sükan arxasında yuxulayıb. Daha dörd məktəblinin vəziyyəti ağırdır. Tailandda sərnişindaşımalarda kiçik yük maşınlarından (pikap) geniş istifadə olunur.