04.11.2015
Qəzalar
Şəkidə qəza: yaralı var
Cars-az regiontv-yə istinadənxəbər verir ki, Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Qayabaşı kəndində qeydə alınıb. Kənd sakini Yusifov Qorxmaz Zabit oğlunun idarə etdiyi avtomobil digər bir avtomobillə toqquşub. Nəticədə ağır kəllə-beyin travması alan Qorxmaz Şəki MRX-ya çatdırılıb. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.