10.03.2016
Qəzalar
2 polis maşını partladıldı, yaralılar var
Misirin paytaxtı Qahirədə iki polis maşını partladılıb, nəticədə 3 nəfər yaralanıb.
Сars-az trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Giza rayonunda baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, polis maşınlarının keçməsindən bir qədər əvvəl naməlum şəxslər yolda partlayıcı qurğular qoyublar.