Paytaxtda daha bir ağır qəza: ölən var

Paytaxtda daha bir ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az lent.az-a istinadən bildirir ki, Nobel prospektində "VAZ 2107" markalı, 99 AU 669 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə 50-55 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəzada ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top