Balakəndə motosiklet aşdı, sürücü yaralandı

Balakəndə motosiklet aşdı, sürücü yaralandı

Balakəndə motosiklet aşdı, sürücü yaralandı

Balakəndə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır xəsarət alıb.

Сars-az xəbər verir ki, Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, martın 8-də saat 19.00 radələrində rayonun Yeni Şərif kənd sakini, 1980-ci il təvəllüdlü Elşad Məhəmməd oğlu Anarəcəbovunidarə etdiyi ikitəkərli "İJ" markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet idarəetmədən çıxaraq aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan E. Anarəcəbov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Balakən RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E. Anarəcəbova ağır kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top