09.03.2016
Qəzalar
Polis maşını piyadanı vurub öldürdü
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Сars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, Kəpəz rayon Polis İdarəsinə məxsus “UAZ” markalı post patrul avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən yaşlı qadını vurub. Qadın hadisə yerində ölüb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.