09.03.2016
Qəzalar
Bakıda “Hyundai” yandı - Yaralananlar var
Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Сars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Fidan