Abşeronda ağır qəza; 2 nəfər öldü

Abşeronda ağır qəza; 2 nəfər öldü

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı yolunda qeydə alınıb. Mayis Şıxəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Mehman Musayevin idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü Elnur İbrahimov hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top