10.03.2016
Qəzalar
Salyanda yol qəzasında 1 nəfər yaralanıb
Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 39 yaşlı Ramil İsfəndiyar oğlu Atayev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən digər maşınla toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Ramil Atayev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar aparılır.