01.01.2016
Gündəm
Qatar biletlərinin qiyməti artdı
Rusiyada qatar biletlərinin qiyməti artıb. Cars-azo” report-a istinadən xəbər verir ki, "Rusiya Dəmir Yolları" ASC-nin kupe, SV və "Lüks" sinifli vaqonlarda daşınmalara olan tarifləri 5 faiz artıb. Bununla yanaşı, müxtəlif təqvim dövrlərində plaskart və ümumi vaqonlarda gediş haqqı dəyişəcək. Həmçinin Moskva və Peterburqda ictimai nəqliyyatda gediş haqqı da artıb. Moskvada artım 7 faiz təşkil edəcək. Peterburqda metroda gediş haqqı 31 rubldan 35 rubla, yerüstü nəqliyyatda 28 rubldan 30 rubla qalxıb. Aviadaşınmalara gəldikdə isə, bazar iştirakçıları tariflərin ildə 10-15 faiz artacağını proqnozlaşdırırlar.