01.01.2016
Gündəm
Quba-Xınalıq yolu açıldı
Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib. Cars-az xəbər verir ki, bu barədə "Report"a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib. Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.
Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdı. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdi.